Bank sahəsində təcrübə qazanmaq, biliklərini real iş mühitində tətbiq etmək və karyeran üçün addım atmaq istəyirsənsə, bu proqram tam sənlikdir!
“ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramı gənclərə peşəkarlarla birgə çalışma imkanı təqdim edir.
Müraciət üçün şərtlər:
Ali təhsili davam edən tələbələr və məzunlar;
Azərbaycan dilində sərbəst danışıq (rus dili üstünlükdür);
Komanda işi və kommunikasiya bacarıqlarına sahib namizədlər;
Gələcəyini ABB ilə qurmaq istəyirsənsə, fürsəti qaçırma!



