ACCFIN GROUP şirkəti 4 aylıq “Təcrübə Proqramı” elan edir.
Proqram çərçivəsində:
Təcrübəçilərə aylıq 200 AZN ödəniş ediləcək;
Yalnız 4 nəfər təcrübəçi seçiləcək;
Gənclər, xüsusilə də universiteti yeni bitirənlər üçün əla şansdır.
Tələblər:
- Excel və Word bilikləri
- Məsuliyyətli və stresə davamlı olmaq
- İnkişafa meyillilik
- İş intizamına riayət etmək
- Subordinasiya qaydalarına əməl etmək
- Zehinli və kreativ olmaq
- Yaş aralığı: 20–25
Təcrübəçilərin əvvəlcədən təcrübəli və ya təcrübəsiz olması fərq etmir. Siz mütəxəssislərdən təlim alaraq 1C 8.3 proqramında işləməyi öyrənəcək, eyni zamanda bütün proseslərin içində iştirak edəcəksiniz. Yüz milyonlarla dövriyyəli müəssisələrdə uçotun qurulması, biznes proseslərinin təşkili və vergi auditində təcrübə qazanmaq fürsəti əldə edəcəksiniz.
Gələcək karyerasını qurmaq istəyən gənclər üçün bu, qaçırılmaz fürsətdir.
CV-lərinizi cv@accfin.az ünvanına və ya WhatsApp: 055 300 29 87 nömrəsinə göndərə bilərsiniz.