Əziz Abituriyentlər,
ADA Universiteti Hüquq fakültəsi sizi “Açıq qapı” gününə dəvət edir.
21 iyunda “ADA” Universitetində (C binası, Böyük auditoriya) baş tutacaq “Açıq qapı” günündə Qəbul şöbəsinin nümayəndələri sizə ixtisas, qəbul şərtləri, təhsil haqqına tətbiq olunan güzəştlər, eləcə də xaricdə təhsil və karyera imkanları haqqında ətraflı məlumat təqdim edəcəklər.
Hüquq fakültəsinin dekanı Dr. Rəşad İbadov isə ixtisasın gələcək perspektivləri və əhəmiyyəti barədə sizi məlumatlandıracaqdır.
Qeydiyyatdan keçərək valideyninizlə birlikdə görüşə qatılmaq fürsətini qaçırmayın.
Aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.