spot_img
HomeKaryeraADNSU Tələbələri üçün SOCAR Baş ofisində Təcrübə proqramı
spot_img

ADNSU Tələbələri üçün SOCAR Baş ofisində Təcrübə proqramı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura tələbələri üçün SOCAR Baş ofisində Səriştəliliklərin qiymətləndirilməsi və İR əməliyyatlarının koordinasiyası şöbəsində ödənişsiz təcrübə proqramında iştirak imkanı yaradılmışdır.

Proqram haqqında:
•Təcrübə müddəti: 2 ay
•Qarşılıqlı razılaşma əsasında təcrübə müddətinin uzadılması mümkündür.

Tələblər:
Biznesin idarə edilməsi (MBA), İqtisadiyyat, Menecment ixtisasları üzrə magistratura tələbəsi olmaq;
ÜOMG 70+ (ixtisas fənlərində “kafi” qiymət olmamalıdır)
Öyrənməyə həvəsli olmaq və praktiki bilik və bacarıqlarını artırmaqda maraqlı olmaq;
Sahə üzrə təməl biliklərə sahib olmaq (üstünlükdür).

Müraciət üçün tələb olunan sənədlər:

CV və Qiymət cədvəli daxil olmaqla (elektron formada kifayətdir) career_center@asoiu.edu.az ünvanına göndərin

Qiymət cədvəli təqdim olunmayan müraciətlər qəbul edilməyəcək.

Son müraciət tarixi: 18.09.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar