spot_img
HomeKaryeraAgile Project Manager vəzifəsi üzrə vakansiyanı elan edilir.
spot_img

Agile Project Manager vəzifəsi üzrə vakansiyanı elan edilir.

Vəzifə öhdəlikləri:
· Proqramlaşdırma layihələri üzrə çevik metodologiyaya uyğun olaraq bir neçə inkişaf komandasına liderlik etmək
· Prosesləri asanlaşdırmaq, çarpaz funksional komandalarla əməkdaşlıq etmək və məhsulun uğurlu çatdırılmasını təmin etmək
· Komandanın ehtiyaclarına uyğun olaraq zəruri resursla təmin olunduğuna əmin olmaq
· Məhsul sahibləri və texniki qruplarla birlikdə “backlog” qiymətləndirilməsi, “backlog”un effektiv idarə olunması üçün üsulların müəyyən edilməsi və tətbiqi
· Təkmilləşdirilməli olan sahələri müəyyən etmək üçün komandanın performans göstəricilərinə nəzarət etmək və təhlil etmək
· Layihənin idarə edilməsinin bütün aspektlərini təkmilləşdirməyin yollarını təklif etmək
· Çevik transformasiya prosesinə aid layihələrə rəhbərlik etmək

Namizədə dair tələblər:
· Ali təhsilli
· Proqramlaşdırma məhsullarını “Çevik” şəkildə çatdırmaq təcrübəsinin olması
· Biznes tələblərini istifadəçi hekayələrinə və tapşırıqlarına çevirmək bacarığı
· İnteqrasiya layihələrində iş təcrübəsinin olması üstünlükdür
· Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı)
· Ünsiyyət, əməkdaşlıq və liderlik bacarıqları: funksiyalararası komandalar, maraqlı tərəflər və müştərilərlə əlaqə saxlamaq və əməkdaşlıq etmək bacarığı

İş şərtləri və şəraiti:
· Tibbi sığorta
· Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
· Peşəkarlığın artırılması üçün kurslar

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Agile Project Manager” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar