Süni intellekt əsaslı, real problemləri həll edə bilən və sənayeləri dəyişə biləcək bir həll üzərində işləyirsiniz?
O zaman sizi AI Startup Challenge-da gözləyirik ! Bu tədbirdə startaplar və texnoloji komandalar məhsuldarlığı artırmaq, istifadəçi təcrübəsini yaxşılaşdırmaq və daha ağıllı qərarverməyə töhfə verən AI əsaslı həllərini təqdim edəcəklər.
Niyə qatılmalısınız?
✔ ABB İnnovasiya Mərkəzinin İnkubasiya Proqramına seçilmək imkanı
✔ Qalib komandaya pul mükafatı
✔ Mastercard Sandbox platformasına çıxış imkanı.
✔ Sənaye üzrə peşəkar mentor dəstəyi
✔ Süni intellekt, fintech və innovasiya sahələrinin əsas nümayəndələri ilə şəbəkələşmə
Tədbir Mastercard və ADA Universitetinin birgə əməkdaşlığı ilə keçiriləcək.
Süni intellekt ideyanızı reallaşdırmaq üçün bu fürsəti qaçırmayın.
⌛ Qeydiyyat üçün son tarix: 28 iyun
📅 Tədbirin tarixi: 5 iyul
📍 Məkan: ADA Universiteti
📌 Proqramla bağlı daha ətraflı məlumat üçün saytımıza keçid edin.