Yer: Meckenbeuren, Almaniya
Qəbul edən təşkilat: Stiftung Liebenau
Göndərən təşkilat: “Common Sense” Gənclər Təşkilatı
Könüllülərin əsas vəzifəsi — qayğı sahəsində gündəlik həyatı tanımaq və onu Avropa ideyası və müxtəlifliyi çərçivəsində əlavə təşəbbüslər və layihələrlə zənginləşdirməkdir.
Nümunəvi fəaliyyətlər:
– Xüsusi qayğıya ehtiyacı olan şəxslərin yaşadığı kiçik qrupda onların asudə vaxtı və istirahət fəaliyyətləri zamanı dəstək göstərmək;
– Komanda üzvlərinə gündəlik tapşırıqlarda və faydalananlara göstərilən qayğılarda kömək etmək;
– Müxtəlif mərkəzlərdə gündəlik fəaliyyətlərə dəstək vermək;
– Xüsusi qayğıya ehtiyacı olan insanlara yemək hazırlamaq və bunu öyrətməkdə kömək etmək (həmişə mümkün qədər müstəqil qalmaq üçün iştirak etməyə təşviq olunurlar);
– Digər könüllülər, komanda üzvləri və ya faydalananlarla birlikdə bu sahədə şəxsi layihələr başlatmaq və həyata keçirmək – həm könüllülər, həm də faydalananlar üçün faydalı bacarıqların inkişafına yönəlmiş layihələr.
Layihənin müddəti: 01/09/2025 – 31/08/2026
Son müraciət tarixi: 15/06/2025
Bütün xərclər Avropa Həmrəylik Korpusu tərəfindən qarşılanır.
İştirak haqqı yoxdur!
Dil: İngilis dili
Yaşayış, yemək və nəqliyyat tənzimləmələri:
Bütün könüllülər Meckenbeuren (baş qərargah) və Bodnegg ərazilərində yerləşəcəklər – Almaniyanın Baden-Württemberq federal əyalətində.
Yaşayış: tipik Almaniya üslubunda paylaşılmış mənzil (WG/Wohngemeinschaft) – şəxsi otaq və ortaq mətbəx/living room.
Yemək: özünü təmin, aylıq yemək xərci üçün ödəniş (komanda üzvləri üçün yeməkxana mövcuddur).
Yerli nəqliyyat: Almaniya daxilində bütün ictimai nəqliyyat xətləri üçün aylıq bilet (Deutschland-Ticket).
Beynəlxalq nəqliyyat: iştirakçının ölkəsinə uyğun müəyyən edilmiş limitlər çərçivəsində proqram tərəfindən ödənilir.
Avropa Həmrəylik Korpusu və Almaniya Milli Agentliyi (JUGEND für Europa) tərəfindən təklif olunan standart təlimlərə əlavə olaraq, Stiftung Liebenau layihə dövründə aşağıdakı daxili təlimləri təklif edir:
– Əlilliyi olan insanlara dəstək sahəsində giriş təlimi;
– Milli və beynəlxalq könüllülərlə mütəmadi “Come Together” görüşləri – fikir və təcrübə mübadiləsi üçün;
– Alman dili kursu – ESC-in standart Online Language Support (OLS) platforması ilə təmin olunur, əlavə olaraq əlavə dərslər də mümkündür.
Müraciət şərtləri və tələblər:
– 18-30 yaş arasında olan, sosial sahədə iştirak etməyə və həssas qrupların keyfiyyətli həyatına dəstək verməyə motivasiyalı gənclər.
– Ən azı B1 səviyyəsində Alman dili biliyi.
– Əgər siz təşəbbüskar, müstəqil işləməyə qadir, komanda ilə işləməyə meyilli, məsuliyyətli və etibarlı, həmçinin təlim və şəxsi inkişafla maraqlanan birisinizsə – bu layihə sizi çağırır!
Göndərən təşkilat haqqında məlumat:
Təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
OID nömrəsi: E10200624
Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
Məsul şəxs: Ramiz Əliyev
Əlaqə e-maili: evs@csyo-az.org