spot_img
HomeKaryeraAnbar Müdiri Vakansiyası - Qarabağ Universiteti Klinikası
spot_img

Anbar Müdiri Vakansiyası – Qarabağ Universiteti Klinikası


İşəgötürən: Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs
Vəzifə: Anbar müdiri
İşin təsviri:

  • Klinikaya daxil olan malların, dərman vasitələrinin, tibbiləvazimatların və digər materialların qəbulunu və yoxlanılmasını təşkil etmək;
  • Malların qəbulu zamanı miqdar və keyfiyyət göstəricilərinin sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Anbarda saxlanılan malların düzgün yerləşdirilməsini və qeydiyyatını təmin etmək;
  • Tibbi və digər bölmələrin sifarişlərini əsas götürərək məhsulların buraxılışına nəzarət etmək və buraxılış sənədlərini rəsmiləşdirmək;
  • Anbar proqramlarında gündəlik əməliyyatların düzgün şəkildə aparılmasına nəzarət etmək;
  • İnventarizasiyaların təşkili və nəticələrinin hesabatının hazırlanması;
  • Anbarın təmizliyi, təhlükəsizliyi və sanitar-gigiyenik şəraitinin normativ tələblərə uyğun saxlanılmasına nəzarət etmək;
  • Etibarlılıq müddəti bitmək üzrə olan və ya istifadəyə yararsız materialların vaxtında müəyyən olunması və aktlaşdırılması;
  • Müvafiq hesabatların (qalıq, hərəkət, zərər, silinmə və s.) rəhbərliyə təqdim edilməsi;
  • Tələb olunan təchizat materiallarının planlaşdırılması və sifariş prosesində iştirak etmək;
  • Komandada çalışan əməkdaşların (anbardar, köməkçilər) fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək.

Tələblər:


  • Ali təhsil (logistika, menecment, iqtisadiyyat sahəsində olması üstünlükdür);
  • İdarəetmə sahəsində minimum 5 il iş təcrübəsi (tibb müəssisəsi sahəsində təcrübə üstünlükdür);
  • Anbar uçotu və idarəetməsi prinsipləri üzrə biliklər;
  • Anbar proqramları (1C, ERP və s.) ilə işləmək bacarığı;
  • Tibbi və təsərrüfat məhsulları barədə əsas anlayışlara malik olmaq;
  • Analitik düşünmə və hesabatvermə bacarığı;
  • Komanda idarəetməsi və problem həll etmə bacarığı;
  • Fiziki iş mühitində işləmək qabiliyyəti və operativlik.

Tələbolunan sənədlər:

  • tərcümeyi-hal;
  • CV;
  • ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:15 avqust 2025-ci il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Anbar müdiri” yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar