Layihənin məqsədləri:
- Layihə çərçivəsində xaricdən gələn könüllülərlə dərnəyimizin hədəf auditoriyası olan gənclər və uşaqlar arasında ünsiyyət və əməkdaşlıq qurmaq
- Avropanın ortaq dəyərlərini mənimsəmiş gənclik profilinin formalaşmasına töhfə vermək
- Məhdud imkanlı gənclərin özünəinam, özünəhörmət qazanmasına və cəmiyyətə daha asan adaptasiya olunmasına dəstək vermək
- Dərnəyin könüllülük fəaliyyətlərinə yeni bir istiqamət əlavə etmək, xaricdən gələn könüllülər vasitəsilə yerli gəncləri könüllülüyə təşviq etmək və bölgədə könüllülük fəaliyyətlərini artırmaq
Könüllülərin sayı:
- 3 nəfər qadın könüllü
- Yaş aralığı: 18–30 yaş
- Yalnız Azərbaycan vətəndaşları
Layihə müddəti:
- 16 avqust 2025 – 15 oktyabr 2025 (2 ay)
Müraciət üçün son tarix:
- 11 avqust 2025
- Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq
Necə müraciət etməli?
- Avropa Gənclər Portalında qeydiyyatdan keçərək qeydiyyat nömrəsi əldə edin
- Qeydiyyat nömrəsini aldıqdan sonra müraciət formasını doldurun.
Qeydiyyat nömrəsini necə almaq olar?
- Əgər Avropa Gənclər Portalında hesabınız yoxdursa, bu linkdən təlimat videolarına baxaraq qeydiyyatdan keçə bilərsiniz
Bütün xərclər Avropa Həmrəylik Korpusu tərəfindən qarşılanır
Yaşayış, yemək və nəqliyyatla bağlı məlumat:
- Azərbaycandan maksimum nəqliyyat xərci geri ödənişi: 275 avro
- Digər könüllülərlə birlikdə bir evdə qalacaqsınız. Evdə bütün şərait mövcuddur (isti su, təbii qaz və s.)
- Gündəlik cib xərcləri üçün 5 avro veriləcək
- Aylıq yemək üçün 100 avro ödəniləcək
Könüllülük üçün tələblər:
- Çalışqan olmaq
- 18–30 yaş arası olmaq
- Komanda ilə işləməyə uyğun olmaq
- Sosial media idarəçiliyində bacarıqlı olmaq
- Esneklik göstərmək
- Ünsiyyət bacarığına malik olmaq
Göndərən təşkilat haqqında məlumat:
- Təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
- OID nömrəsi: E10200624
- Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
- Məsul şəxs: Ramiz Əliyev
- E-poçt: evs@csyo-az.org