Namizədə olan tələblər:
• Ali təhsil;
• Korporativ satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi olmalı;
• Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
• 1C proqramında təcrübə üstünlükdür;
• Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.
Vəzifə öhdəlikləri:
• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
• Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
• Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
• Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
• Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
• Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
• Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
• Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
• Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
• Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
• İş qrafiki: Tam iş günü (5 gün);
• İş saatları: 08:30-17:30;
• Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq hr@aisco.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.