spot_img
HomeKaryeraAqrar Süni İntellekt” layihəsinə müraciətlər açıqdır.
spot_img

Aqrar Süni İntellekt” layihəsinə müraciətlər açıqdır.

Kənd təsərrüfatında rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində 3 aylıq daxili Təcrübə Proqramına start verilir.
Bu proqram aqronomluq və informasiya texnologiyaları sahəsində çalışan, süni intellektin aqrar sahədə real tətbiqlərinə maraq göstərən əməkdaşlarımız üçün unikal inkişaf fürsətidir.
Proqram aşağıdakı qurumlarda çalışan əməkdaşlar üçün nəzərdə tutulmuşdur:
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu 
DAİM-lərdə çalışan, aqronomluq və ya informasiya texnologiyaları sahəsində təcrübəsi olan əməkdaşlar

Proqram çərçivəsində iştirakçılar nə edəcək və nə qazanacaq?

  • Real aqrar məlumatlarla praktiki iş
  • Süni intellekt əsaslı həllərin tətbiqi
  • Analitik düşüncə və rəqəmsal bacarıqların inkişafı
  • Layihə, araşdırma və praktiki nəticələrlə zəngin təcrübə

İş rejimi: çevik (qismən ofis, qismən sahə)
Son müraciət tarixi: 25 yanvar 2026-cı il

Gələcəyin aqrar texnologiyalarının bir parçası olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar