📌 Uğurlu karyera düzgün təməldən başlayır.
ARDNF-də Yay Təcrübə Proqramı elan olunur!
Təcrübə proqramına bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan, 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar müraciət edə bilərlər.
📈 Proqramın üstünlükləri:
• Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;
• Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;
• Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq fürsəti.
🗓️Proqramın müddəti: iyun-iyul, 2025 (ödənişsizdir).
📅 Müraciət üçün son tarix: 4 may 2025
🔗 Ətraflı məlumat və müraciət üçün linkə keçid edə bilərsiniz.