spot_img
Ana SəhifəKaryeraARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi böyük elmi işçi vəzifəsi üzrə...
spot_img

ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi böyük elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!

ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi böyük elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

  • Tədqiqat dizaynının hazırlanması və tədqiqat planının işlənməsi;
  • Elmi tədqiqat prosesinin təşkili və idarə edilməsi;
  • Müxtəlif tədqiqat metod və alətlərindən istifadə edərək məlumatların toplanması, təhlil və analiz edilməsi;
  • Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr etdirilməsi;
  • Müxtəlif yerli və beynəlxalq elmi konfranslarda, forumlarda və s.-də iştirak;
  • Şöbənin eyni zamanda icra etdiyi bir neçə tədqiqat layihəsində iştirak.

Tələblər:

  • Ali təhsil (magistr təhsili);
  • 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dilində düzgün yazı və səlis danışıq bacarığı (rus və ingilis dili biliyi arzuolunandır);
  • Elmi tədqiqat sahəsində mövcud qanunvericilik, qayda və təlimatlar haqqında biliklər;
  • “Microsoft Office”, “SPSS”, “Python” və ya “R” proqramlarında sərbəst işləmək bacarığı;
  • “Google” alətlərindən istifadə bacarığı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Statistik hesabatların hazırlanması bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • İdarəetmə bacarığı;
  • Şəxsi keyfiyyətləri (ünsiyyətcil, innovativ, intizamlı, stressə qarşı davamlı və s.).

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 30 aprel tarixinədək CV-lərini eptm@arti.edu.az elektron poçt ünvanına “Böyük elmi işçi” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar