spot_img
HomeKaryeraTəcrübə ProqramlarıAzərbaycan İdman Akademiyasında təcrübəçi ol!
spot_img

Azərbaycan İdman Akademiyasında təcrübəçi ol!

Hörmətli tələbələr və yeni məzunlar,

Sizi Azərbaycan İdman Akademiyasında təcrübə keçmək fürsətindən yararlanmağa dəvət edirik. Bu təcrübə proqramı sizə real iş mühiti ilə tanış olmaq, praktiki biliklər qazanmaq və peşəkar komandadan öyrənmək imkanı yaradacaq. Akademiyanın əsasən idman sahəsində ali təhsil müəssisəsiolduğuna baxmayaraq, burada

  1. Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamenti
  2. Akademik sənədlərlə iş şöbəsi
  3. Sağlamlıq və menecment fakültəsinin dekanlığı
  4. İdman fakültəsinin dekanlığı
  5. Fiziki tərbiyə fakültəsinin dekanlığı
  6. Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrası
  7. Menecment və ümumi fənlər kafedrası
  8. Humanitar fənlər kafedrası
  9. Fiziki hazırlıq kafedrası
  10. Komanda idman növləri kafedrası
  11. Fərdi idman növləri kafedarsı
  12. Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti
  13. Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsi
  14. Ömürboyu təhsil şöbəsi
  15. MediaLab
  16. Elmi-tədqiqat mərkəzi
  17. Karyera inkişafı şöbəsi kimi müxtəlif struktur bölmələrdə təcrübəçi ola bilərsiniz. Akademiya innovativ və gənclərin potensialına dəyər verən bir ali təhsil müəssisəsidir.

Təcrübə müddəti: 2025-ci ilin yay tətili dövrünü əhatə edəcək.
İş rejimi: Akademiyanın iş saatları çərçivəsində, təyin olunmuş struktur bölmənin rejiminə uyğun şəkildə.

Akademiyada təcrübəçi olmaq üçün əsas tələblər:

  • Ali təhsil müəssisələrində təhsil alan (həm bakalavriat, həm magistratura) və ya yeni məzun olmuş namizədlər;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Öyrənməyə və inkişaf etməyə maraq;
  • MS Office proqramları ilə işləmə bacarığı və ingilis dili üzrə ən az B1 səviyyəsi arzuolunandır;
  • Müraciət edilən sahələr üzrə ixtisas uyğunluğu.

Müraciət qaydası:
CV və motivasiya məktubu 12 iyul 2025-ci il tarixinədək hr@sport.edu.az ünvanına göndərilməlidir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar