Foto və video çəkmək istəyirsiniz, amma hardan başlayacağınızı bilmirsiniz? Narahat olmayın, “ASAN Könüllüləri”nin “ASAN Peşə” layihəsi məhz sizin üçündür!
Burada peşəkarlar sizə fotoqrafiya və videoqrafiyanın əsaslarını öyrədəcək, necə kadr qurmaq, işıqdan düzgün istifadə etmək, montaj və post-produksiya ilə bağlı faydalı biliklər verəcək. Həmçinin, kamera avadanlıqlarını necə istifadə etməyi də öyrənəcəksiniz.
Layihə iyul-avqust aylarında keçiriləcək və 16-25 yaş arası hər kəs müraciət edə bilər. Təhsil səviyyəsi önəmli deyil.
Son müraciət: 31 may 2025, saat 18:00



