Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iqlim dəyişikliyinə diqqət çəkmək üçün “Planetimiz naminə” adlı fotomüsabiqəyə start verir!
Hava,Su, Torpaq və Yaşıl enerji kateqoriyalarında iştirak edin;
2024-cü ildə çəkilmiş təbiət fotolarınızı #ForOurPlanet həştəqilə bizə göndərin.
Qeyd edək ki, hər kateqoriya üzrə sadəcə bir foto təqdim edilməlidir. Yalnız mobil telefonla çəkilmiş fotolar qəbul olunur.
Qalib seçilən şəxslər 3 günlük fotoqrafiya kursunda iştirak hüququ qazanacaqlar.
Müsabiqədə iştirak üçün son tarix: 15 yanvar 2025
Daha ətraflı: https://eu4azerbaijan.eu/az/photo-competition/