Avstriyada yerləşən Elm və Texnologiya İnstitutu (Institute of Science and Technology Austria – ISTA) beynəlxalq mühitdə innovativ və əsaslı elmi tədqiqat aparmaq istəyən tədqiqatçılar üçün postdoktoral təqaüd proqramı elan edir. Bu tam təqaüdlü proqram çərçivəsində tədqiqatçılar ənənəvi elmi yanaşmalardan kənara çıxaraq, qabaqcıl elm adamları ilə əməkdaşlıqda tədqiqat layihələri həyata keçirəcəklər.
Proqram haqqında ümumi məlumat:
- Ölkə: Avstriya
- Ev sahibi institut: Elm və Texnologiya İnstitutu, Avstriya (ISTA)
- Yer: Klosterneuburg, Avstriya
- Təqaüd müddəti: 2 il
ISTA Təqaüd Proqramının üstünlükləri:
- İki illik tam əmək müqaviləsi əsasında iş imkanı təqdim olunur.
- Minimum illik əmək haqqı: 72,100 avro (brüt)
- Tam sosial təminat və digər müavinətlər verilir.
- Səfər xərcləri, üzvlük haqları, istehlak materialları, konfrans xərcləri və digər əlaqədar xərclər institut tərəfindən qarşılanır.
- Seçilmiş akademik rəhbər tərəfindən elmi dəstək göstərilir.
- Ən müasir elmi texnologiyalar və laboratoriya avadanlıqlarından istifadə imkanı verilir (elmi hesablama, görüntüləmə, nano-texnologiyalar, mikroskopiya, klinik öncəsi tədqiqatlar və s.).
- Kampusda müvəqqəti yaşayış imkanları təqdim olunur.
- Uşaqlar üçün yerində baxım mərkəzi mövcuddur.
- Viza dəstəyi göstərilir.
- Almandilli kurslar təklif olunur.
Kimlər müraciət edə bilər?
- Namizədlərin tədqiqat sahəsi ISTA-nın dəstəklədiyi sahələrə uyğun olmalıdır (ətraflı: https://ist.ac.at/en/research).
- Namizədlər doktorantura dərəcəsini artıq almış və ya proqram başlayana qədər tamamlayacaqlarına əmin olmalıdırlar.
- Təqaüd müqaviləsi yalnız doktorluq diplomunun və ya müdafiənin tamamlandığını təsdiq edən sənəd təqdim olunduqdan sonra bağlanacaq.
- 1 sentyabr 2025-dən əvvəl artıq ISTA-da işləyən şəxslər bu proqrama müraciət edə bilməzlər.
Müraciət qaydası:
- Yeni hesab yaradaraq qeydiyyatdan keçin.
- E-poçt ünvanınıza gələn təsdiq linki ilə hesabınızı aktiv edin.
- Şəxsi məlumatlarınızı daxil edin.
- Doktorantura proqramınızla bağlı məlumatları daxil edin.
- Akademik və iş fəaliyyətinizlə bağlı bölmələri doldurun.
- Seçilmiş rəhbər müəllimlə əlaqə saxlayaraq onunla razılığa gəldikdən sonra adını sistemdə qeyd edin.
- Layihənizin başlığı, elmi xülasəsi və tədqiqatla bağlı sualları cavablandırın.
- Lazımi sənədləri yükləyin və format qaydalarına riayət edin.
- Ərizənizi gözdən keçirdikdən sonra təqdim edin.
Tələb olunan sənədlər:
- Tədqiqat təklifi (research proposal)
- Tərcümeyi-hal (CV)
- Akademik xülasə
- Motivasiya məktubu
- Etika öz-qiymətləndirmə forması (Ethics Self-Assessment)
- Doktorluq diplomu/transkript (əgər varsa)
- Əlavə dəstək sənədləri (əgər varsa)
- Üç tövsiyə məktubu
Son müraciət tarixi:
16 sentyabr 2025