VAKANSİYA
VƏZİFƏ: Avtomatika üzrə texnik
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (İxtisas: Proseslərin avtomatlaşdırılması)
• Kompüter bilikləri: MS Office proqramları, Autocad, PLC və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
• Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
• İş təcrübəsi: Avtomatika və NÖC üzrə minimum 2 ildən az olmayaraq.
• Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
• Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
• İstehsal proseslərində avadanlıqların proqram təminatına və proqramlaşdırılmasına nəzarət etmək.
• Görəcəyi iş ilə əlaqədar dövrü hesabatlar hazırlamaq və sənədləşdirmək.
• Avtomatika və elektronika üzrə yeni normativlərin, qaydaların və sənədlərin hazırlanması üzrə təkliflər hazırlamaq və bu işlərdə iştirak etmək
• Proseslərin avtomatlaşdırılması ilə bağlı birbaşa rəhbərlik tərəfindən təyin olunmuş işlərə nəzarət etmək və lazımi tapşırıqları icra etmək.
• İdarə sxemlərini, elektrik təchizatı sxemlərini və rele mühafizə sistemini mükəmməl bilmək,
• Layihə və texniki sənədləri oxunmasını bilməli;
• Avadanlıqların layihə və standartlara uyğun montajı, demontajı və yer dəyişdirilmə qaydalarını bilməli;
• PLC-lərə, sürücülərə (VFD), temperatur kantrollerlərinə və s. məntiqi kantrollerlərdə proqramların ehtiyyat nüsxəsinin çıxarılması və ya proqramın yüklənməsi kimi əməliyyatların aparılma qaydalarını bilənlərə üstünlük verilir.
İş yeri: Dövlət idarəsi
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov ray., Rövşən Əliyev küç., (Ulduz metrostansiyasının yanı)
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “avtomatika üzrə texnik” adını qeyd edərək talentbyhr@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.