spot_img
HomeKaryeraAzTU Texnoloji Transfer Ofisinə texnoloji innovasiyalar üzrə mütəxəssis vakansiyası
spot_img

AzTU Texnoloji Transfer Ofisinə texnoloji innovasiyalar üzrə mütəxəssis vakansiyası

Tələblər:

· Ali texniki təhsil (mühəndislik, informasiya texnologiyaları, innovasiya menecmenti və ya əlaqəli sahələr üzrə magistr təhsili);

· Texnoloji layihələr və ya elmi-tədqiqat fəaliyyəti üzrə minimum 2 il iş təcrübəsi;

· Startap və innovasiya ekosistemi üzrə anlayış və təşəbbüslərdə iştirak təcrübəsi üstünlükdür;

· Yaxşı analitik düşüncə və layihə planlaşdırma bacarığı; 

· Dil bilikləri: İngilis və türk dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus  dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

· Ms Office proqramları üzrə biliklər;

· Ünsiyyətcil, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;

· “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Ölkənin strateji inkişaf prioritetləri və qanunvercilik bazası haqqında biliklər.

Əmək funksiyaları:

· Texnoloji innovasiyalar üzrə layihələrin hazırlanması və icrasında iştirak etmək;

· Startap və spin-off təşəbbüslərinin dəstəklənməsi və monitorinqi;

· Elmi-tədqiqat və texnologiya əsaslı ideyaların kommersiyalaşdırılması prosesinə texniki dəstək vermək;

· Yerli və beynəlxalq innovasiya platformaları ilə əməkdaşlıq qurmaq;

· İnnovativ məhsul və texnologiyaların texniki və bazaryönümlü təhlilini aparmaq;

· İnnovasiya ekosistemi üzrə mütəmadi araşdırmalar və hesabatlar hazırlamaq;

· Universitet daxilində rəqəmsal transformasiya təşəbbüslərinə töhfə vermək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix:  11.08.2025-ci il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar