Avstriya-Azərbaycan Beynəlxalq Turizm Təhsil Proqramı “AATP COHORT 2025” qrupu üzrə yeni qəbul açıq elan edilir. Proqrama müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
· Şəxsiyyət vəsiqəsi və yaxud Xarici pasportun surəti
· 1 ədəd 3×4 ölçülü şəkil (son 2 ayda çəkilmiş)
· Europass formatında CV
· Məktəb attestatının ingilis dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmaqla)
· Akademik Transkriptin ingilis dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmaqla)
· Motivasiya məktubu
· Esse (təqdim olunmuş mövzular əsasında)
· Minimum 5.5 IELTS göstəricisi (sertifikat təqdim etmək üçün son tarix: 31 yanvar 2026)
İkili Diplom Proqramında təhsil almanın üstünlükləri
· ATMU-da təhsil alaraq iki bakalavr diploma sahib olmaq imkanı;
· Tədrisin tam olaraq ingilis dilində təşkili;
· Dərslərin əksəriyyətinin əcnəbi müəllimlər tərəfindən tədrisi;
· Beynəlxalq turizm sənayesində iş imkanları;
· Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;
· Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;
· Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı.
Proqrama sənədləri müraciət üçün son tarix: 16.07.2025
Sənədlərin elektron versiyasını international@atmu.edu.az e-mail ünvanına göndərə bilər və yaxud Beynəlxalq Əlaqələr şöbəsinə (Gənclik korpus, II mərətəbə otaq 201) təhvil verə bilərsiniz.