spot_img
Ana SəhifəKaryeraAzərbaycan Hava Yollarından Milli Aviasiya Akademiyasının tələbələrinə yay təcrübəsi fürsəti!
spot_img

Azərbaycan Hava Yollarından Milli Aviasiya Akademiyasının tələbələrinə yay təcrübəsi fürsəti!


AZAL olaraq Milli Aviasiya Akademiyasının bacarıqlı və perspektivli tələbələri üçün xüsusi olaraq hazırlanmış Yay Təcrübə Proqramının başladığını böyük məmnuniyyətlə elan edirik!

Bu proqram – tələbələrə real iş mühitində iştirak etmək, müxtəlif struktur bölmələrdə praktiki bilik və bacarıqlar qazanmaq, eləcə də regionun qabaqcıl aviaşirkətində peşəkar inkişaf yolunda ilk addımı atmaq üçün fürsətdir. İki ay davam edəcək proqram müddətində iştirakçılar AZAL-ın bir sıra departamentlərində təcrübə keçmək şansı əldə edəcəklər.

🔗 Müraciət üçün: www.azal.az saytında “Karyera” bölməsinə daxil olaraq “Yay Təcrübə Proqramı” elanına keçid edin.

📅 Son müraciət tarixi: 1 may 2025

Qeyd: Proqram yalnız bakalavr təhsilinin son 2 ilində və ya magistr pilləsinin 1-ci və 2-ci kurslarında təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Uğur yolunda ilk addımınızı AZAL ilə atın! 🚀

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar