spot_img
HomeKaryera"Azərbaycan Müəllimi" qəzeti və "Elm və Təhsil Media" onlayn media platforması redaktor...
spot_img

“Azərbaycan Müəllimi” qəzeti və “Elm və Təhsil Media” onlayn media platforması redaktor (rus dili) vakansiyası elan edir.


📍 İş yeri: Bakı şəhəri
🕘 İş vaxtı: Həftə içi I–V günlər, saat 09:00–18:00
📅 Son müraciət tarixi: 15 iyun 2025-ci il

🔎 Tələblər:
▫️Ali təhsil (jurnalistika, filologiya və ya əlaqəli sahələr üzrə üstünlük verilir);
▫️Xəbər və media sahəsində azı 3 il peşəkar redaktə təcrübəsi;
▫️Rus dilini mükəmməl səviyyədə bilmək (şifahi və yazılı);
▫️Elm və təhsil sahəsində ölkə üzrə aparılan islahatlar və yeniliklərdən xəbərdar olmaq;
▫️Analitik düşünmə və məzmun təhlili bacarığı;
▫️”Microsoft Office” proqramlarından istifadə bacarığı;
▫️Dəqiqlik, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

📋 Vəzifə öhdəlikləri:
▫️Rus dilində təqdim olunan materialların redaktəsi və üslub baxımından işlənməsi;
▫️Təhsil və elm mövzularına dair mətnlərin dəqiqliyinin və dil normativlərinə uyğunluğunun təmin olunması;
▫️Müəlliflər və jurnalistlərlə sıx əməkdaşlıq;
▫️Elm və təhsil sahəsində yayımlanan məlumatların izlənməsi və təhlili.

📩 Vakansiya ilə maraqlanan şəxslər CV-lərini career@media.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Elektron poçtun mövzu hissəsində “Redaktor vakansiyası” qeyd olunmalıdır.

🌐 Daha ətraflı:
👉 https://lnkd.in/ejyAKMMb
👉 https://lnkd.in/edx4PTyF

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar