spot_img
HomeElan və XəbərlərAzərbaycan Respublikasının Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər...
spot_img

Azərbaycan Respublikasının Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edir!

Müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.🎯

Qrantların maksimum məbləğləri:
Gənclərin (fiziki şəxslərin) fərdi layihələri üzrə – 5000 AZN;
Gənclər təşkilatlarının yerli layihələr üzrə – 10000 AZN;
Gənclər təşkilatlarının beynəlxalq layihələr üzrə – 15000 AZN.

Müsabiqənin müddəti:
•Başlanma tarixi: 23 iyun 2025-ci il
•Son müraciət tarixi: 10 iyul 2025-cil, saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar