spot_img
HomeKaryeraAzərbaycan Texniki Universitetində kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.
spot_img

Azərbaycan Texniki Universitetində kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.

Azərbaycan Texniki Universitetində (AzTU) aşağıda adları qeyd olunan kafedralara müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.

· Elektrotexnika kafedrası

· Mühəndis fizikası və elektronika kafedrası

· Kompüter texnologiyaları kafedrası

· Radiotexnika və telekommunikasiya kafedrası

· Maşınqayırma texnologiyası kafedrası

· Mexanika kafedrası

· Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

· Metallurgiya və materiallar texnologiyası kafedrası

 Tələblər:

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;

· Laboratoriya avadanlıqları ilə işləmə bacarığı və onların müvafiq təlimatlara uyğunluğunu yoxlamaq qabiliyyəti;

· Dil biliyi: Yüksək rus dili (ingilis dili arzuolunnadır);

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimlərinə assistentlik etmək bacarığı;

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmə);

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 Vəzifə öhdəlikləri:

· Laboratoriya avadanlıqlarının müvafiq təlimatlara və texniki sənədlərə uyğunluğunu yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək;

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimləri tərəfindən tədris olunan dərslərdə assistentlik etmək;

· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırma;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;

· Tətbiqi proqramlardan istifadə edərək laboratoriya və tədris prosesini dəstəkləmək;

· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;

· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq.

· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində ixtisasa uyğun olaraq kafedra adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 19.06.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar