spot_img
HomeKaryeraAzərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan...
spot_img

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

Tələblər:

· Təhsil: Magistr dərəcəsi (menecment, psixologiya, marketinq, insan resursları, təhsil idarəçiliyi və ya əlaqəli sahələr üzrə);

· Təhsil sahəsində ən azı 1-3 il iş təcrübəsi;

· İdarəetmə və təşkilatçılıq bacarıqları;

· Əmək bazarı və təcrübənin təşkili haqqında biliklər;

· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır);

· Kompüter bilikləri (MS Office proqramları);

· Yüksək ünsiyyət bacarıqlarının olması.

Öhdəliklər:

· Təcrübə keçiriləcək müəssisələrin seçilməsində iştirak etmək və əlaqə yaradılması, tələbə və magistrantların yönləndirilməsi;

· Elektron təcrübə portalına müəssisələrin daxil edilməsi və nəzarət;

· İxtisas kafedralarından (İstehsalat təcrübəsi –  IV və V kurslarda, Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübəsi-II kursda)  təcrübə “Sifariş”lərinin qəbul edilməsi və işlənməsi;

· Müvafiq tədris ili üçün dekanlıqlardan tələbə kontingentinin toplanması və işlənməsi;

· Əmək bazarının tələblərinə uyğun təcrübə imkanlarını təmin etmək;

· Müəssisələrə göndəriləcək məktub və müqavilələrin hazırlanması;

· Fərdi müraciətlərə baxılması;

· Müəssisədən gələn müqavilələrə baxılması ;

· Hər qrup üçün işçi proqramlarının təsdiq edilməsi və toplanması;

· Müəssisələr üçün məktubla birlikdə tələbə siyahısının hazırlanması;

· Dekanlıqlardan gələn xidməti məruzələrə əsasən əmr layihəsinin hazırlanması;

· Təcrübəçilərin izlənməsi və qiymətləndirmə prosesinə nəzarət etmək;

· Təcrübəyə dair aylıq davamiyyətlə bağlı hesabatın rəhbərliyə verilməsi;

· Yekun hesabatın rəhbərliyə təqdim edilməsi;

· Müqavilələrin və işçi proqramların “pdf” formatına salınması;

· Sonda sənədlərin Arxivə verilməsi.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 01.09.2025-ci il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar