Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi ofis proseslərinin avtomatlaşdırılması, süni intellekt alətlərinin tətbiqi və agent əsaslı iş axınlarının qurulması üzrə könüllü tələbə axtarır.
Tələblər:
• Universitetin bakalavr və ya magistr pilləsində təhsil alan tələbə
• Microsoft 365 ekosistemi üzrə biliklər (Word, Excel, Outlook, Teams)
• OpenAI, Google Gemini, AI agentləri, LLM-lər və avtomatlaşdırma alətlərinə maraq
• API-lərlə işləməyə maraq (OpenAI, Gemini və s.)
• Yeni texnologiyaları tez mənimsəmək bacarığı
• Analitik düşünmə və problem həll etmə bacarığı
• Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləməyə hazır olmaq
• Azərbaycan dilində sərbəst yazı və nitq bacarığı
• İngilis dili biliyi üstünlükdür
Öhdəliklər:
• Ofis proseslərinin AI vasitəsilə optimallaşdırılması
• OpenAI və Gemini əsaslı agentlərin hazırlanması və test edilməsi
• Word/Excel sənədlərinin avtomatlaşdırılması üçün skriptlərin və iş axınlarının qurulması
• Elektron sistemlərdə məlumatların işlənməsi və strukturlaşdırılması
• AI modelləri ilə eksperimentlər aparmaq və şöbənin ehtiyaclarına uyğun həllər hazırlamaq
• Gündəlik işləri sadələşdirən kiçik avtomatlaşdırma alətlərinin hazırlanması
• Zəruri hallarda kargüzarlıq və yazışma işlərinə dəstək
Təklif olunur:
• Süni intellekt və avtomatlaşdırma sahəsində real iş təcrübəsi
• OpenAI və Gemini agentləri ilə praktiki iş bacarığı
• Microsoft 365 mühitində AI inteqrasiyası üzrə biliklərin inkişafı
• Layihələrdə iştirak və portfel üçün real nümunələr
• Fəaliyyətə uyğun olaraq tövsiyə məktubu və sertifikat
Müraciət üçün:
CV-nizi mövzu hissəsində “Beynəlxalq Əlaqələr – AI Könüllü” qeyd etməklə cv.karyera@aztu.edu.az ünvanına göndərməyiniz xahiş olunur.



