Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası *Maliyyə, Hüquq Marketinq və Tikinti* sahələri üzrə bilik və bacarıqlarını təkmilləşdirmək istəyən məzunlar üçün təcrübə proqramı elan edir.
Bu proqram, adıçəkilən sahələrdə praktiki təcrübə qazanmaq və karyera yolunda irəliləmək istəyən məzunlar üçün əla fürsətdir.
*Tələblər:*
-Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Hüquq, Marketinq və Tikinti ixtisasları üzrə məzun olmuş şəxslər);
-MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
-Azərbaycan dili səlis (Rus və İngilis dili bilikləri arzuolunandır).
Maraqlanan şəxslər CV-lərini hr@atia-az.az elektron poçt ünvanına göndərə bilərlər.