Azərbaycanda qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı artıb.
Career Bridge Təhsil Platforması “Azərbaycan müəllimi” istinadən xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində öz əksini tapıb.
Məlumatda qeyd olunur ki, 2002-ci ildə ölkədə cəmi 9 özəl məktəb fəaliyyət göstərirdisə, 2005-ci ildə bu rəqəm 12-yə, 2010-cu ildə isə 17-yə yüksəlib. Sonrakı illərdə də artım davam edib: 2015-ci ildə 23, 2020-ci ildə 34 özəl məktəb fəaliyyət göstərib. Son tədris ilində isə məktəblərin sayı 33-ə çatıb.
Şagirdlərin sayı da paralel olaraq artıb. Belə ki, 2002-ci ildə 3373 şagird özəl məktəblərdə təhsil alırdısa, 2010-cu ildə bu göstərici 6441-ə, 2015-ci ildə 8348-ə, 2020-ci ildə 15 967-yə, 2024-cü ildə isə artıq 23 980 nəfərə çatıb.
Özəl məktəblərdə çalışan müəllimlərin sayı da əhəmiyyətli dərəcədə çoxalıb. Əgər 2002-ci ildə bu müəssisələrdə cəmi 492 müəllim çalışırdısa, 2010-cu ildə onların sayı 1144-ə, 2020-ci ildə 2342-yə, 2023-cü ildə 3628-ə, 2024-cü ildə 3812-ə yüksəlib.
Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb
OXŞAR POSTLAR