Bu proqram ümumi rifaha xidmət edən, öz ideyalarına inanan və onları reallaşdırmaq üçün dəstək axtaran hər kəs üçün açıqdır.
Məqsəd – liderlik bacarıqlarını inkişaf etdirmək, layihə yönümlü düşüncəni gücləndirmək və cəmiyyətin inkişafına töhfə verən aktiv vətəndaşların yetişməsinə şərait yaratmaqdır.
Seçilmiş iştirakçılar üçün imkanlar:
- Peşəkar təlimlər və praktiki seminarlar
- Uğurlu mütəxəssislərlə fərdi mentorluq sessiyaları
- Qalib ideyalar üçün 5 000 AZN-dək maliyyə dəstəyi
Kimlər müraciət edə bilər?
- Yaş: 18–35 arası Azərbaycan vətəndaşları
- Forma: Fərdi və ya komanda şəklində iştirak
- Layihə sahəsi: İstənilən istiqamətdə olan sosial və ya biznes yönümlü layihələr.
Cəmiyyətə fayda vermək, ideyalarınızı həyata keçirmək və inkişaf yolunda irəliləmək istəyirsinizsə, Azad Mirzəcanzadə inkişaf proqramı sizin üçün böyük fürsətdir!
Ətraflı məlumat üçün: https://www.instagram.com/azadm_ink_proqrami/
Əlaqə üçün: 994 10 531 27 17