Vəzifə funksiyaları:
• Təşkilatda informasiya təhlükəsizliyi və İT üzrə “Governance, Risk və Compliance” (GRC) proseslərinin qurulması və icrasını təmin etmək;
• İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur və qaydaların hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət etmək;
• “ISO/IEC 27001”, “NIST CSF”, “CIS Controls” və digər müvafiq çərçivələrə uyğun “ISMS” proseslərini idarə etmək;
• “Risk Register”in hazırlanması, aktual saxlanılması və risklərin izlənilməsini təmin etmək;
• Təhlükəsizlik maarifləndirməsi və məlumatlandırma fəaliyyətlərinə metodiki dəstək vermək;
• İT, Hüquq, Risk, Audit və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək;
• Daxili və xarici auditlərə hazırlıq proseslərində iştirak etmək, audit nəticələrinə əsasən tədbirlər planı hazırlamaq.
Əsas tələblər:
• İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter elmləri sahəsində Bakalavr, Magistr dərəcəsi;
• İnformasiya təhlükəsizliyi üzrə 5 ildən artıq, GRC istiqaməti üzrə 3 ildən artıq təcrübə;
• Müvafiq sahələr üzrə normativ sənədlər və qanunvericilik aktları;
• Şifahi və yazılı kommunikasiya, Təqdimetmə, Strateji düşünmə, Biznes yönümlülük, Analitik zəka bacarıqları;
• Azərbaycan dili (ana dili), ingilis dili (mükəmməl səviyyədə), rus dili (arzuolunan);
• “CİSSP”, “CİSM”, “CRİSC”, “İSO 27001”, “COBİT” sertifikatlarının mövcudluğu.
Ətraflı: https://lnkd.in/dUfHxi-k
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “GRC menecer” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 22 fevral 2026-cı il



