spot_img
HomeKaryeraAzercell Telecom LLC | A-Solutions - Təcrübəçi / Maliyyə şöbəsi
spot_img

Azercell Telecom LLC | A-Solutions – Təcrübəçi / Maliyyə şöbəsi


Gələcəyini bizimlə birgə qurmağa hazırsan?

Finteсh sahəsində karyerana güclü bir addım atmaq istəyirsənsə, A-Solutions Ailəsinə qoşulmaq üçün əla fürsəti qaçırma! Burada sən analitik düşüncəni, texniki biliklərini və kreativ baxışını real layihələrdə sınayacaq, Fintech dünyasını daha yaxından tanıyacaqsan!

Bizimlə sənə nə vəd edirik?

Real fintech layihələrində iştirak
Mentor dəstəyi və fərdi inkişaf planı
Rəqəmsal bacarıqlarını artırmaq imkanı
Startap ruhlu çevik və dəstəkçi iş mühiti
Hibrid iş modeli və çevik saatlar
Təcrübə dövründə kompensasiya
Təcrübə sonunda işə qəbul imkanı

Əgər sən də rəqəmsal maliyyənin gələcəyini formalaşdırmaq, öyrənmək və inkişaf etmək istəyirsənsə – A-Solutions səni gözləyir!


Təcrübəçiyə tələblər:

Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil;

Bakalavr təhsilinin 3-cü və ya sonuncu kursunda olan, yaxud magistr proqramına qəbul olunmuş namizədlər

Maliyyə konsepsiyaları, mühasibatlıq prinsipləri və biznes riyaziyyatı üzrə möhkəm baza bilikləri;

Maliyyə hesabatları ilə tanışlıq (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı);

Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (formullar, pivot cədvəllər, VLOOKUP və s.), maliyyə təqdimatları hazırlamaq üzrə əsas biliklər;

Güclü analitik düşüncə və detallara diqqət;

Komandada işləmək və əməkdaşlıq bacarığı;

Zamanın idarə olunması və son tarixlərə əməl etmə qabiliyyəti.

Dil bilikləri:
Azərbaycan dili – əla səviyyədə,
Ingilis dili – orta səviyyədə




Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar