Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri İstanbul Universiteti – Cərrahpaşada Türkiyə beynəlxalq mübadilə təqaüd proqramı (TIES) çərçivəsində 2025/2026 tədris ilinin payız və ya yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
TIES proqramı çərçivəsində tələbələr:
– Təhsil alacağı Türkiyə universitetində təhsil haqqından azad olur;
– Aylıq təqaüd alır;
– Gediş-dönüş səyahət xərci qarşılanır;
– Yataqxana ilə təmin olunur;
– Həmçinin viza, tibbi sığorta və qeydiyyatla bağlı dəstək göstərilir.
Proqramın şərtləri və təqaüdə ayrılan yerlərin sayı haqqında linkə buradan keçid edə bilərsiz: What is TIES?
Tələblər:
● Bakalavr tələbəsi olmaq (1-ci və 2-ci kurs)
● Transkript (ÜOMG minimum 85 bal)
● İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi)
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
● IELTS və ya TOEFL sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-poçt: international@aztu.edu.az
Müraciət üçün son tarix: 17.06.2025