spot_img
Ana SəhifəKaryeraAzTU-da Strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur!
spot_img

AzTU-da Strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur!

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə strateji planlaşdırma və icraya nəzarət mütəxəssisi vəzifəsinə vakansiya elan olunur.

Tələblər:

· Ali təhsil (biznes idarəçiliyi, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· İngilis dili bilikləri, rus dili (arzu olunandır);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və icra proseslərinə nəzarət sahəsində təcrübə arzuolunandır);

· Komanda ilə iş bacarığı;

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS Project, Asana, Trello və s.);

· Güclü ünsiyyət və dinləmə bacarıqları;

· Yüksək təşkilatçılıq və analitik düşünmə bacarıqları. 

Öhdəliklər:

· Strateji planların hazırlanması və inkişafı;

· Planlaşdırma ilə bağlı icra proseslərinə nəzarət edilməsi;

· Resursların effektiv istifadəsinin təmin edilməsi;

· Daxili və xarici mühitdə maraqlı tərəflərlə təhlillərin aparılması;

· Əlaqələndirmə və kommunikasiya;

· Strateji məqsədlərə uyğun dəyişiklik və təkmilləşdirmələrin təklif edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 22.12.2024-cü il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar