spot_img
Ana SəhifəElan və XəbərlərAzTU-da Təhsil Alan Magistr Tələbələrinin Diqqətinə!
spot_img

AzTU-da Təhsil Alan Magistr Tələbələrinin Diqqətinə!

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində 2024/2025 tədris ilinin yaz semestrində 2 aylıq təcrübə keçmək şansı əldə edə bilərlər. 

Qeyd edək ki, təcrübə mübadiləsi aşağıdakı ixtisaslarda 2-ci kusrda təhsil alan magistr tələbələri üçün nəzərdə tutulub:

· Maşın mühəndisliyi

· Metallurgiya və materialşünaslıq 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

– Ərizə forması (Application Form)

– Transkript (ÜOMG minimum 85 bal)

– İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

●     Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

●     IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

●     Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq. 

Müraciət üçün son tarix: 18.12.2024 

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar