spot_img
HomeElan və XəbərlərAzTU Kitabxana İnformasiya Mərkəzi daha bir ilkə imza atıb
spot_img

AzTU Kitabxana İnformasiya Mərkəzi daha bir ilkə imza atıb


Azərbaycan Texniki Universiteti (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) əməkdaşları ölkədə ilkə imza atıb. Belə ki, 2025-ci ilin oktyabrında keçiriləcək “Açıq Əlyetərlilik Həftəsi”nin məlumatlandırıcı mətni AzTU KİM əməkdaşları (direktor Xəyalə Hacıyeva və rəqəmsallaşma üzrə mütəxəssis Məhsəti Əliyeva) tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Məqsəd “Açıq Əlyetərlilik Həftəsi”nin mahiyyətini daha çox vətəndaşımıza çatdırmaq olub.

2025-ci il “Açıq Əlyetərlilik Həftəsi”nin Azərbaycan dilinə tərcümə olunan “Biliklərimiz kimə məxsusdur?” adlı məlumatlandırıcı mətnini qeyd olunan linkə keçid edərək oxuya bilərsiniz: https://lnkd.in/dvs256r7

AzTU KİM bu cür fəaliyyətləri növbəti illərdə də davam etdirəcək.

Xatırladaq ki, “Açıq Əlyetərlilik Həftəsi” ilə bağlı elanlar hər il dünyanın müxtəlif dillərinə tərcümə edilərək ictimaiyyətlə paylaşılır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar