spot_img
Ana SəhifəKaryeraAzTU-nun kafedralarına kargüzar vəzifəsi üzrə vakansiya elan edilir
spot_img

AzTU-nun kafedralarına kargüzar vəzifəsi üzrə vakansiya elan edilir

 Azərbaycan Texniki Universitetinin (AzTU) aşağıda adları qeyd olunan kafedralarına Kargüzar vəzifəsinə vakansiya elan olunur.

· Kibertəhlükəsizlik kafedrası

· Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

· Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası

· Humanitar fənlər kafedrası

· Mühəndis fizikası və elektronika kafedrası

Tələblər:

· Ali təhsil;

· Təhsil sahəsində ən azı 1 il  iş təcrübəsi;

· Kargüzarlığın aparılmasına dair qanundan xəbərdar olmaq;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;

· Rəsmi sənədlərin tərtib olunması və arxivləşdirilməsi qaydaları haqqında biliklər;

· Statistika və hesabatların hazırlanması bacarığı;

· Koordinasiya etmək bacarığı.

Vəzifə öhdəlikləri:

· Strukturun fəaliyyətinə uyğun sənədləşmələrin aparılması;

· Sənədlərin sistemə işlənilməsi və müraciətlərin vaxtında cavablandırılması;

· Sənədlərin aidiyyəti strukturlardan təhvil alınması;

· Daxil olan sənədləri qeydiyyata alıb aidiyyəti üzrə icraya yönəltmək;

· Daxili sənəd dövriyyəsini təmin etmək;

· Sorğuların təqibini aparmaq və hesabatlar vermək;

· Görülən işlərlə bağlı hesabatların hazırlanması;

· Sənədləri iş qovluğuna yerləşdirərkən onların tam və düzgün tərtib edilməsini təmin etmək;

· Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;

· Digər kargüzarlıq işlərinin icrası.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 07.04.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar