spot_img
HomeKaryeraAzTU Yüksək Təhsil İnstitutuna magistratura proqram meneceri vakansiyası
spot_img

AzTU Yüksək Təhsil İnstitutuna magistratura proqram meneceri vakansiyası

Tələblər:

· Ali təhsil (Magistr təhsili və ya fəlsəfə doktoru dərəcəsi arzuolunandır);

· Magistratura səviyyəsində təhsil proqramlarının hazırlanması, idarə olunması və monitorinqi sahəsində azı 3 il iş təcrübəsi;

· Yüksək səviyyədə təşkilati bacarıqlar və analitik düşüncə;

· Tədris planları, fənn proqramları, tədris yükləri və akademik proseslə bağlı sənədlərlə işləmək bacarığı;

· Yerli və beynəlxalq təhsil standartları ilə tanışlıq;

· Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq;

· Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində işgüzar ünsiyyət bacarığı (ingilis dili üzrə IELTS/TOEFL sertifikatı üstünlükdür);

· Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;

· Rəqəmsal platformalar və LMS sistemləri ilə işləmək təcrübəsi (Moodle, Teams, Google Workspace və s.).

Əmək funksiyaları:

· Magistratura proqramlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi işlərini əlaqələndirmək;

· Tədris planlarının, proqramların və fənn sillabuslarının hazırlanmasına və yenilənməsinə nəzarət etmək;

· İnstitutlar və kafedralar ilə əməkdaşlıq edərək magistr proqramlarının keyfiyyətinin artırılması üçün tədbirlər hazırlamaq;

· Magistr tələbələrinin qeydiyyatı, dərs cədvəllərinin tərtibi və tədris prosesinə dair məsələlərdə dəstək göstərmək;

· Beynəlxalq proqramlar və iki diplomlu magistr proqramlarının təşkili və əlaqələndirilməsi prosesində iştirak etmək;

· Akkreditasiya və keyfiyyət təminatı proseslərində iştirak etmək;

· Tələbələrin dissertasiya işlərinin planlanması, rəhbərlərlə uyğunlaşdırılması və müdafiə proseslərinə dəstək göstərmək;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sisteminə (AOİTAS) tələbələr haqqında məlumatların daxil edilməsinə dəstək olmaq;

· Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən daxil olan sorğuların doldurulması və illik statistik hesabatın vaxtında və dəqiq yerinə yetirilməsi;

· Magistratura üzrə statistik məlumatların toplanması, təhlili və rəhbərliyə təqdim edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 01.08.2025-ci il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar