spot_img
Ana SəhifəKaryeraBakı Ali Neft Məktəbində Vakansiya!
spot_img

Bakı Ali Neft Məktəbində Vakansiya!

Bakı Ali Neft Məktəbinin Tətbiqi riyaziyyat, Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İT və Kompüter Elmlərinin digər sahələri üzrə (2025-ci ildən başlayaraq) tam ştat Dosent vəzifəsi üçün vakansiya elan edir.


Tələblər:

• İxtisas üzrə fəlsəfə doktoru dərəcəsi;
• Tədris sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Dil bilikləri: Azərbaycan və ingilis dili – səlis;
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.


Vəzifə öhdəlikləri:
• Müraciət edənlər fəlsəfə doktoru dərəcəsinə və müvafiq sahədə nailiyyətlərə, tədqiqatlara malik olmalıdırlar. Namizədlər həmçinin bakalavr və magistr səviyyələrində mükəmməl tədris nəticələri nümayiş etdirməli və ingilis dilini tam səlis bilməlidirlər.
• Tədris prosesinin yeni texnologiyalarla və müasir metodlarla qurulması üzrə tədqiqatların aparılması;
• Texnoloji, təşkilati və sosial yeniliklərin tədrisi prosesində innovasiyaların tətbiqinin araşdırılması;
• Yerli və beynəlxalq qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək


İş şəraiti: I-V günlər 09:00-16:00;
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:
Kampus: Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 26 dekabr 2024-cü il tarixinədək CV-lərini, tədris fəaliyyəti barədə məlumat (tələbələr tərəfindən son qiymətləndirilmə nəticələri əlavə olunmaqla) və elmi fəaliyyəti barədə məlumat (nəşr üçün nəzərdə tutulan ən son məqalə əlavə olunmaqla) asmar.mammadova@bhos.edu.az elektron ünvanına “Dosent” başlığı ilə göndərmələri xahiş olunur.
Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar