Bakı metropolitenində elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin nəzəri bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
• 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
• Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
• Təcrübə dövründə aylıq əməkhaqqı
• Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Biz kimləri axtarırıq?
• Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər
• Təhsili elektrik mühəndisi, elektroenergetika və avtomatika üzrə olan məzunlar
Seçim prosesi necə aparılır?
• İxtisas üzrə test imtahanı
• Müsahibə
• Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
• Nahar (güzəştli)
• Metropolitendən ödənişsiz istifadə
Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “Elektrik mühəndisi” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 07 sentyabr 2025