İşarəvermə və rabitə üzrə Bakı Metropolitenində təcrübə proqramı var!
Bakı metropolitenində işarəvermə və rabitə üzrə mütəxəssis qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsində kritik və texnoloji baxımdan önəmli rol oynayır. Odur ki, sizi gələcək karyeranızı bu istiqamətdə qurmaq üçün təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
3 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əməkhaqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri
Təhsili xüsusilə İT sahəsində olan məzunları
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
• Nahar (güzəştli)
• Metropolitendən ödənişsiz istifadə
Müraciət üçün Bakı Metropoliteninin “hr@metro.gov.az” e-mail ünvanına “işarəvermə və rabitə” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!