🎉 Bakı Texnologiya Mərkəzi olaraq İlk Peşəkar Təqaüd Proqramımızı təqdim edirik 🚀
Çoxdandır gözlədiyiniz silsilə təqaüd proqramlarına ilk kibertəhlükəsizlik olaraq start verdik! 💥
Bu proqram 10 nəfərlikdir və mütəxəssis yetişdirmək məqsədilə həyata keçiriləcək. Müsahibə yolu ilə seçilən 10 tələbə, Kibertəhlükəsizlik Platformasının təşkilati dəstəyi ilə “B|tech Academy” çərçivəsində keçiriləcək tədris proqramında tam təqaüd ilə iştirak edəcək!
🔒 Proqramın tədrisi Kiber Təhlükəsizlik Platformasının “Red Team” komanda rəhbəri Ali Ganiyev və mentor qismində Trendyol layihəsi daxil olmaqla bir çox vacib kibertəhlükəsizlik layihələrin iştirakçısı Rza Shirinov tərəfindən aparılacaq.
📅 Proqrama müraciət etmək üçün son tarix: 12.02.2025