Heyvanlara Qayğı Mərkəzi öz maliyyə komandasına peşəkar və məsuliyyətli Baş mühasib axtarır.
Namizədə qoyulan tələblər:
Təhsil və Təcrübə:
Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində);
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə;
Büdcə təşkilatlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Peşəkar Bacarıqlar:
MHBS – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı;
Milli mühasibat uçotu standartları, vergi və büdcə qanunvericiliyi, Əmək Məcəlləsi, DSMF və statistika hesabatları üzrə mükəmməl biliklər;
Maliyyə, vergi, DSMF, statistika və digər hesabatların düzgün və vaxtında tərtib olunması bacarığı;
Büdcə planlaması, maliyyə təhlili və xərclərə nəzarət sahəsində təcrübə.
Üstünlüklər:
Diqqətcil, dəqiq və məsuliyyətli olmaq;
Analitik düşünmə və komandada işləmə bacarığı;
Qanunvericilikdə baş verən dəyişiklikləri daimi izləmək və tətbiq etmək bacarığı.
Əlaqə: info@ideacares.az
(+994 12) 565 66 55