spot_img
HomeElan və XəbərlərBDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir.
spot_img

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir.

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə ikili diplom proqramına qəbul elan edir.

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır.

Proqramın üstünlükləri:

• Tədrisin ilk ili – I semestr BDU-da, II semestr HUJI-də

• Diplom müdafiəsi olmadan HUJI magistr dərəcəsi (non-thesis)

• Təhsilin ikinci ilini BDU-da davam etdirərək iki magistr diplomu əldə etmək imkanı

Kimlər müraciət edə bilərlər?

• “Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi olanlar və bu il ölkə universitetlərindən birinə qəbul olmuş magistrantlar

• ÜOMG 80 və yuxarı

• IELTS 6+ və ya TOEFL iBT 89+

• Tövsiyə məktubu və tibbi arayış

Son müraciət tarixi: 20 avqust 2025

Sənədlərinizi və suallarınızı huji@bsu.edu.az ünvanına göndərin.

Bu proqram Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar