spot_img
HomeKaryeraBeynəlxalq Mühasib Vakansiyası
spot_img

Beynəlxalq Mühasib Vakansiyası

Çoxprofilli və dinamik inkişafda olan şirkət – otelçilik, bağçılıq, asfalt istehsalı, plastik və tekstil sahələrində fəaliyyət göstərən müəssisə – Özbəkistanın Boysun şəhərində yerləşən layihəsinə Mühasib vakansiyası üzrə ixtisaslı namizəd axtarır.

Əsas məlumatlar:
• Əməkhaqqı: 2550 AZN-dək (namizədin təcrübəsinə uyğun)
• İş yeri: Özbəkistan, Boysun şəhəri
• İş rejimi: Həftədə 5 iş günü
• Baş ofis: Bakı, Heydər Əliyev prospekti

Şirkət tərəfindən təmin olunur:
• Yaşayış (evi ilə təminat)
• Gündəlik yemək və digər əsas ehtiyaclar
• İldə 2 dəfə Azərbaycana aviabiletlərlə gediş-gəliş

Əsas vəzifə öhdəlikləri:
• Mühasibat sənədlərinin düzgün işlənməsi və uçota alınması
• Bank, kassa və anbar əməliyyatlarının icrası
• E-qaimə və digər vergi sənədlərinin hazırlanması
• Əməkhaqqı və digər ödənişlərin hesablanmasına dəstək
• Debitor və kreditor borclarının idarə olunması
• Vergi və maliyyə hesabatlarında iştirak
• Audit və daxili yoxlamalar üçün sənədlərin hazırlanması
• Maliyyə sənədlərinin arxivləşdirilməsi

Namizəddən gözləntilər:
• Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə orta ixtisas və ya ali təhsil
• Mühasibat proqramlarında (LOGO və ya digər) işləmə bacarığı
• MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı
• Rəqəmlərlə dəqiqlik və məsuliyyətlə işləmək qabiliyyəti
• Azərbaycan və rus dillərində əla səviyyədə bilik
• Bəy namizədlərə üstünlük verilir

Müraciət üçün:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə hr@hucap.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar