spot_img
HomeKaryeraBirbank Bakı və regionlar üzrə “KAPİTALımız Könüllü Təcrübə Proqramı” elan edir.
spot_img

Birbank Bakı və regionlar üzrə “KAPİTALımız Könüllü Təcrübə Proqramı” elan edir.

🗓Təcrübə proqramı 3 aylıqdır.

🔖Könüllülər təcrübə sonunda sertifikatla təmin ediləcəklər. Təcrübə dövründə ödəniş nəzərdə tutulmayıb.

🔰Öhdəliklər:
Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması və ehtiyaclarına uyğun yönləndirilməsi;
Müştərilərin qarşılaşdığı çətinliklərin həllinə dəstək olaraq, onların məmnuniyyətinin təmin edilməsi;
Müştəriləri mobil tətbiqdən istifadəyə təşviq edərək Birbank vasitəsilə aparılan əməliyyatların və istifadəçi sayının artırılması;
Müştərilərə bankın debet kartlarını təklif edərək satış göstəricilərinin yüksəldilməsi.

🎯Tələblər:
Universitetin 3-cü və 4-cü kurs tələbələri, həmçinin yeni məzun olmuş şəxslər müraciət edə bilər;
Region filialları üçün kollec və texnikum tələbələri də müraciət edə bilər;
Yüksək səviyyədə ünsiyyət qurmaq və empatiya bacarığı;
Dəyişən şəraitə sürətlə uyğunlaşmaq və çeviklik bacarığı;
Problem həll etmə bacarığı;
Komanda üzvləri ilə effektiv şəkildə əməkdaşlıq etmək bacarığı.

📌Namizədlər link vasitəsilə təcrübə proqramına müraciət edə bilər.

⌛Son müraciət tarixi: 25 may 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar