İT və biznesin kəsişməsində karyera qurmaq istəyirsən?
Analitik düşüncə bacarıqlarını inkişaf etdirərək real layihələr üzərində işləmək istəyənlər üçün əla fürsət!
Proqram haqqında:
Bu təcrübə proqramı biznes ehtiyaclarının təhlili, məlumatların strukturlaşdırılması və effektiv həllərin hazırlanması istiqamətində praktiki biliklər qazandırır. Texniki komandalar və biznes tərəfləri ilə birgə işləyərək real dəyər yaratmaq imkanı əldə edəcəksən.
Tələblər:
- İT, mühəndislik, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Məlumatı strukturlaşdırmaq və təqdim etmək bacarığı
- Güclü ünsiyyət və sürətli öyrənmə qabiliyyəti
- Məsuliyyət və ownership yanaşması
Sənə nə qazandıracaq?
- Bank sektorunda real iş təcrübəsi
- Təcrübəli mütəxəssislərdən mentorluq
- Gələcək iş imkanı şansı
- Analitik və komanda işi bacarıqlarının inkişafı
- Müasir və dəstəkləyici iş mühiti
Son müraciət tarixi: 20 aprel 2026
İş formatı: Ofisdən (Bakı)



