spot_img
HomeElan və XəbərlərBitget AzTU tələbələr üçün Web3 imkanları açır!
spot_img

Bitget AzTU tələbələr üçün Web3 imkanları açır!


Dünyanın aparıcı kripto platformalarından biri olan Bitget Harvard, UCLA, Oksford kimi 60-dan çox universitetlə əməkdaşlıq edən “Blockchain4Youth” proqramı çərçivəsində artıq Azərbaycan Texniki Universiteti (AzTU) ilə də tərəfdaş oldu!

Bu əməkdaşlıq sayəsində AzTU tələbələri və məzunları üçün blokçeyn və Web3 sahəsində eksklüziv iş imkanları, startap akselerasiya proqramları və beynəlxalq investorlarla əlaqə qurmaq imkanı yaranır.

Bu tərəfdaşlığın başlanğıcını qeyd etmək üçün Bitget-in icraçı direktoru Vüqar Usi Zadə AzTU-da 5 may tarixində “Web3 startap necə qurulur?” mövzusunda ustad dərsi keçəcək və “Hackathon Startup” yarışmasını rəsmi olaraq elan edəcək. Bu dərs Bitget-in real inkişaf hekayəsinə əsaslanacaq və sizə uğurlu startap qurmağın yollarını göstərəcək.

Hackathon – “Demo Day” Startap Yarışması

Ustad dərsi: 5 may 2025, saat 10:00-da, AzTU, böyük akt zalı

Layihə göndərişləri: 5-17 may

Finalçılar və qaliblərin elan edilməsi: 17 may 2025

Bu müddət ərzində siz komandanızla birlikdə ideyanızı hazırlayıb təqdim edə bilərsiniz. Layihələr blokçeyn, süni intellekt, verilənlər analitikası və oxşar texnologiya sahələrində ola bilər. İdeyalar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşılar finala çıxacaq.

Mükafat fondu:

1-ci yer – 1500$

2-ci yer – 1000$

3-cü yer – 500$

Komandada minimum 2, maksimum 5 nəfər olmalıdır.

Müraciət üçün son tarix: 17 may 2025

Əlavə sualınız və ya layihənizi əvvəlcədən müzakirə etmək istəyirsinizsə, bu şəxslə əlaqə saxlaya bilərsiniz:

Aytən Mövsümova – 0505196949

Gəlin birlikdə öyrənək, yaradaq və Web3 dünyasında iz qoyaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar