Biz Kimik?

Gələcəyinizə Körpü olmağı hədəfləyən Career Bridge Təhsil Platforması, gənclər üçün yerli və beynəlxalq təlimlər, seminarlar, könüllülük, təqaüd və təcrübə imkanları, vakansiyalar və konfransları təqdim edən bir platforma olaraq fəaliyyət göstərir. Platformada həmçinin şəxsi inkişaf, xaricdə təhsil və beynəlxalq könüllülük proqramları, uğur hekayələri, səyahət məsləhətləri və şəxsi inkişaf barədə bloq yazıları mövcuddur. Eyni zamanda platforma istifadəçilərə öz təcrübələrini müxtəlif mövzulardakı bloqlar vasitəsilə paylaşmaq imkanı verir.