“Caspian Energy Club” tərəfindən Azərbaycan Texniki Universitetinin Biznes-İnzibatçılıq və Marketinq ixtisasının 3 və 4-cü kurs, magistratura tələbələri və məzunları üçün ödənişli təcrübə proqramı elan olunur!
Proqramın məqsədi:
Təcrübə müddətində tələbələrə marketinq bacarıqlarının inkişaf etdirilməsi, korporativ satışların təşkili və biznesin idarə olunmasının əsasları üzrə praktik biliklər qazandırmaqdır.
Kimlər müraciət edə bilər?
• 3-cü və 4-cü kurs, magistratura tələbələri və məzunlar;
• Aktiv, təşəbbüskar və komandada işləmək bacarığına malik tələbələr.
Proqramın üstünlükləri:
• Rəsmi iş müqaviləsi və aylıq əmək haqqı.
• Peşəkar inkişaf və real iş təcrübəsi.
• Gələcək karyera imkanlarının genişləndirilməsi.
Necə müraciət etmək olar?
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Təcrübə proqramı-İqtisadiyyat” qeyd edərək, aşağıdakı ünvana göndərə bilərlər:
📧 office@caspianenergy.club