Sizi Bloomberg Maliyyə Laboratoriyası və Bloomberg Market Concepts (BMC) sertifikatı üzrə təşkil olunacaq təlimə dəvət edirik. Bu 1 aylıq təlim proqramı, Bloomberg terminallarından istifadə bacarıqlarınızı artıraraq maliyyə dünyasında tələb olunan təhlil və qiymətləndirmə metodlarını öyrənməyinizə kömək edəcək.
Təlim zamanı öyrənəcəksiniz:
Bloomberg platformasının əsas funksiyaları və istifadəsi
Bloomberg Market Concepts (BMC) modullarına giriş • Maliyyə bazarlarının, iqtisadi göstəricilərin və şirkət təhlillərinin aparılması
Qlobal bazar meyllərinin izlənməsi və real vaxtda maliyyə məlumatlarının təhlili
Təlim başlama tarixi: 02.12.2024
Təlimçi: Səidə Xəlil
Qeydiyyat üçün son tarix: 29.11.2024, saat 13:00
Bu təlim yalnız tələbələr üçün nəzərdə tutulub və iştirakçılara Bloomberg Market Concepts (BMC) sertifikatını qazanmaq imkanı verəcəkdir.